Dünya ŞOKDA: daha bir epidemiya yayıldı - Onlarla uşaq öldü

8-05-2026, 09:44           
Dünya ŞOKDA: daha bir epidemiya yayıldı - Onlarla uşaq öldü
Nigeriyanın şimalındakı Sokoto əyalətində meningit epidemiyası səbəbindən 33 uşaq ölüb.

TEREF xəbər verir ki, bu barədə Sokoto əyalətinin səhiyyə komissarı Faruk Abubakar jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, təxminən bir ay əvvəl ortaya çıxan meningit əyalətin 8 bölgəsinə yayılıb.

Faruk Abubakar bildirib ki, bu bölgələrdə 256 şübhəli meningit halı aşkarlanıb və epidemiya zamanı 33 uşaq ölüb.

O qeyd edib ki, epidemiyadan ən çox 1 yaşdan 15 yaşa qədər uşaqlar təsirlənib. Həmçinin əlavə edib ki, həddindən artıq izdiham və mövsümi quru küləklər yoluxma riskini əhəmiyyətli dərəcədə artırır və bu da şimal əyalətlərində ciddi ictimai səhiyyə problemlərinə yol açır.

Abubakar hökumətin epidemiyaya təcili müdaxilə edilməsi ilə bağlı səyləri sürətləndirdiyini deyib.

Qeyd edək ki, daha əvvəl Nigeriya hökuməti 2030-cu ilə qədər meningiti məğlub etmək üçün yeni tədbirlər elan etmişdi.

Hava yolu ilə yoluxan bilən meningit beyindən başlayaraq bütün bədəni təsiri altına ala bilir. /Oxu.Az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru