Ardıcıl 5 gün iş olmayacaq – Bu tarixdən

12-05-2026, 09:24           
Ardıcıl 5 gün iş olmayacaq – Bu tarixdən
Azərbaycanda mayda yenə ardıcıl bir neçə gün iş olmayacaq. Bu il Qurban bayramı və Müstəqillik Günü eyni dövrə təsadüf etdiyi üçün qeyri-iş günlərinin sayı artıb.

TEREF xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən bayram günlərinin üst-üstə düşməsi səbəbindən mayın 29-u da istirahət günü hesab olunur. Beləliklə mayın 27, 28 və 29-u rəsmi qeyri-iş günüdür. Bu tarixlərin həftəsonuna birləşməsi nəticəsində vətəndaşlar mayın 31-nə qədər 5 gün ardıcıl istirahət edəcəklər.

Ölkədə növbəti iş günü iyunun 1-dən başlayacaq./demokrat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru