130 il əvvəl, 1896-cı il mayın 30-da (köhnə təqvimlə mayın 18-də) Rusiyada Xodın faciəsi baş verdi.
3-06-2026, 07:04
130 il əvvəl, 1896-cı il mayın 30-da (köhnə təqvimlə mayın 18-də) Rusiyada Xodın faciəsi baş verdi. II Nikolayın tacqoyma mərasimi münasibətilə Moskva ətrafındakı Xodın çölündə keçiriləcək xalq gəzintisi zamanı baş verən sıxlıqda, rəsmi məlumata görə, 1389 nəfər öldü, təxminən 1300 nəfər ağır xəsarət aldı. Yeni çarın hədiyyəsi o dövr üçün kifayət qədər səxavətli idi — bir baton çörək və üzərində Kremlin və çar cütlüyünün təsviri olan parlaq çit yaylıq. Yaylığın içərisinə yarım funt (təxminən 200 qram) kolbasa, ballı pryanik və təxminən 300 qram şirniyyatdan ibarət bağlamalar qoyulmuşdu. Bunlara karamel, qoz, sidr qozu, bir qədər kişmiş, qurudulmuş əncir və qara gavalı daxil idi. Çar hədiyyəsinin ən qiymətli hissəsi isə üzərində imperator monoqramları, gerb və qızılı haşiyə olan emallı fincan idi. Emallı qab-qacaq o dövrdə aşağı sosial təbəqələr üçün nadir əşya sayılırdı. Hakimiyyət isə, öz fikrincə, tacqoyma mərasimlərinə daha çox insan cəlb etmək üçün, çox uğurlu reklam gedişi fikirləşmişdi. Həmin fincanları Moskvanın bir çox mağazalarında əvvəlcədən nümayiş etdirildi, lakin onların satışı qadağan idi. Yadigar Sadigli TEREF