Pezeşkian: İran Yaponiya gəmilərinin təhlükəsiz keçidi üçün addımlar atacaq

2-06-2026, 07:44           
Pezeşkian: İran Yaponiya gəmilərinin təhlükəsiz keçidi üçün addımlar atacaq
İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.

IRNA agentliyinin xəbərinə görə, Pezeşkian Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə hazır olduqlarını bildirib.

Yaponiya Baş naziri Hörmüz boğazında gəmilərin hərəkətinin tam bərpasına çağırış edib.

İran Prezidenti qeyd edib ki, əsas problem ABŞ-ın İranın dəniz daşımaları və ticarətinə tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır: “Əsas problem ABŞ-ın İranın gəmiçilik və ticarət fəaliyyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlər və maneələrdən qaynaqlanır”.

O əlavə edib ki, İran Yaponiya gəmilərinin təhlükəsiz keçidi üçün addımlar atacaq: “Yaponiya gəmilərinin problemsiz və daha rahat keçidini təmin etməyə çalışacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru