Binəqədi rayonunda 5 ildən artıqdır kanalizasiya daşır: Bakı sukanal idarəsinin rəisi Rauf Omanov isə…..VİDEO

Bu gün, 12:28           
Binəqədi rayonunda 5 ildən artıqdır kanalizasiya daşır:
Məhəllələrin arasında olan gölməçə magistral yola qədər gedib çatır. Bura paytaxtın Binəqədi rayonu 3-cu mədən, 145-ci korpusdur.

XALQ-ın xəbərinə görə, sakinlər iddia edirlər ki, evlərinin qarşısındakı yol illərdir bu vəziyyətdədir.

Sakinlər deyirlər ki, yay-qış fərqi yoxdur, yollar bu vəziyyətdə olur.

Onlar bildirir ki, gölməçənin yaranmasına səbəb həm qrunt, həm də kanalizasiya sularıdır.

Bildirildi ki, ətraf ərazidə sakinlərin sayı artdıqca mövcud problem daha da dərinləşib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ünvandakı asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar aidiyyəti quruma müraciət edilib. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək. Su-kanalizasiya məsələsi ilə bağlı da aidiyyəti üzrə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]