"Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlıq görəcəksiniz" - ABŞ-nin Türkiyədəki səfiri
2-11-2025, 12:34
Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlıq görəcəksiniz.
"Haber Global" xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreynin paytaxtı Manamada təşkil olunan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun forumunda çıxışında deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp hər yerdə "şahmat taxtasını" dəyişib.