Paşinyan ciddi risklərə gedir - Türkiyə naziri elan etdi

13-11-2025, 11:34           
Paşinyan ciddi risklərə gedir - Türkiyə naziri elan etdi
Zəngəzur dəhlizi və “Alican” sərhəd keçidi layihələri Türkiyənin regional ticarət şəbəkəsindəki rolunu yenidən müəyyənləşdirəcək.

Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirəcək, Asiyadan Avropaya yeni ticarət marşrutu yaradacaq:

“Bu, məsafələri qısaldacaq, xərcləri azaldacaq və Türkiyənin regional ticarət gücünü artıracaq”.

Uraloğlu Türkiyə-Ermənistan sərhədində yerləşən “Alican” sərhəd keçid məntəqəsində hazırlıq işlərinə başlanıldığını açıqlayıb.

"Biz körpünün hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun yenidən qurulması da daxil olmaqla planlarımızı tamamladıq. Biz sürətlə Azərbaycan və Ermənistanla konsensus prosesinə doğru irəliləyirik. Sülh prosesi başa çatdıqdan sonra “Alican” keçidi də açılacaq".

Nazir Azərbaycan və Ermənistan nazirləri ilə görüşdüyünü də bildirib.

“Burada ciddi nizamlanma prosesi gedir. Yəni Ermənistanın baş naziri əhəmiyyətli təşəbbüs göstərir və ciddi risklərə gedir. Biz bu prosesi yaxından izləyirik. Biz konkret planlar hazırlamışıq, o cümlədən “Alican” sərhəd qapısındakı körpünün hazırkı vəziyyətinin qiymətləndirilməsi və yeni körpünün tikintisi”, - deyə Uraloğlu qeyd edib.

O əlavə edib ki, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin tikintisi Zəngəzur dəhlizini birləşdirəcək və Orta (Transxəzər) Nəqliyyat Dəhlizini gücləndirəcək.\\BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru