Uşakov: Rusiya və ABŞ Alyaskadakı anlaşmalar əsasında dialoq aparır

17-11-2025, 09:44           
Uşakov: Rusiya və ABŞ Alyaskadakı anlaşmalar əsasında dialoq aparır
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva ilə Vaşinqton arasında Ukrayna üzrə danışıqlar Alyaskanın Ankoric şəhərində əldə olunan anlaşmalar əsasında davam edir.

APA xəbər verir ki, o, bunu jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

“Biz Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Ankoricdə əldə olunan anlaşmalar çərçivəsində fəal dialoq aparırıq. Hesab edirik ki, bu, sülhün əldə olunması üçün real və düzgün yoldur”, — Uşakov deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru