"Yoxa çıxan" Lavrovdan xəbər var

18-11-2025, 12:42           
"Yoxa çıxan" Lavrovdan xəbər var
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə danışıqlar aparacaq.

"32gun.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat yayıb.

Onun sözlərinə görə, görüş noyabrın 18-də Moskvada baş tutacaq. Zaxarova əlavə məlumat verməyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir müddətdir görünməməsi ictimaiyyət arasında müzakirələrə səbəb olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə nazirin "yoxa çıxması" barədə xəbərləri əsassız adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru