Səudiyyə Ərəbistanı ABŞ-yə sərmayələri 1 trilyon dollara qədər artıracaq

19-11-2025, 08:17           
Səudiyyə Ərəbistanı ABŞ-yə sərmayələri 1 trilyon dollara qədər artıracaq
Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına sərmayələrin həcmini 600 milyard dollardan 1 trilyon dollara qədər artırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüşdə səsləndirib.

Vəliəhd şahzadə deyib: "Cənab Prezident, mən əminəm ki, bu gün və sabah biz bu 600 milyardı demək olar ki, 1 trilyon dollara qədər artırmaq niyyətimizi açıqlayacağıq - real yatırımlar şəklində".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru