“Ərazilər və təhlükəsizlik zəmanətləri…”- Zelenski sülh planının ən həssas məqamlarını açıqladı

3-12-2025, 09:24           
“Ərazilər və təhlükəsizlik zəmanətləri…”-
Ukrayna üçün ABŞ-ın sülh planının ən həssas məqamları ərazilər, dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləridir.

AZƏRTAC-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında deyib.

Zelenski qeyd edib ki, Amerika və Ukrayna rəsmiləri arasında təmaslardan sonra yekunlaşan ABŞ-ın sülh planının bütün bəndlərini hələlik açıqlaya bilmir.

“Mən deyə bilərəm ki, ən həssas məsələlər, ən mürəkkəb suallar, çağırışlar ərazilər, dondurulmuş aktivlərdir”, – Zelenski əlavə edib.

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın aktivlərinin əksəriyyəti Avropa ölkələrində dondurulub və o, Aİ liderlərinin adından onlara necə sərəncam verəcəyinə qərar verə bilməz.

Prezident qeyd edib ki, digər həssas məsələ təhlükəsizlik təminatıdır. Ukrayna ABŞ, Avropa və bəzi digər liderlərin güclü təminatlarına ümid edir.

“Düşünürəm ki, bu üç mövzu ən həssas və önəmlidir. komandalarımız bunun üzərində işləməyə davam edirlər”, – deyə Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru