"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Başçının piarına başlayıblar?
11-12-2025, 10:38

“Dünən bir məclisdə oturmuşdum. Adamlardan biri seyid idi. Söhbət zamanı digəri qayıtdı ki, "seyid, öz aramızdır, pulu yaman çox istəyirsən". Seyid də qayıdıb dedi ki, "bütün seyidlər belədir". İndi bilmirəm, Neftçala icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun necə əli gəlib 26 000 manatı bir plaşa verib geyinib. Özü də videoda plaşının baha olmasını aşkarca hiss etdirir, gah yaxasını düzəldir, gah da qolunu...”
Pravda.az xəbər verir ki, bunu detektiv yazar Müşfiq Abbasov bildirib.
“Öz aramızdır, elə bir plaşı icra başçı geyinməyib kim geyinəcək ki? Balıq festivalına balıqçı paltarında gələsi deyildi ki? Amma nəzərə alaq ki, cavan oğlandır. Hələ onun saçına jele vuran vaxtlarıdır. Bu da cavan kadr, daha nə istəyirsiniz?” – o qeyd edib.
Yeri gəlmişkən, icra başçısı həmin plaşının 26 min manat deyil, cəmi 350 manat olduğunu açıqlayıb: "Bunu 3 il əvvəl 350 manata almışam".
"DİA-AZ" onu da əlavə edir ki, özü bu təkziblə çıxış edən icra başçısına haqlı olaraq kimsə inanmadı. Bəlkə də belə olduğuna görədir ki, dünəndən ayrı-ayrı şəxslər maraqlı formada Neftçala şefini müdafiə edirlər ki, bu da birmənalı qarşılanmır....

