Tramp yenidən somaliləri hədəfə aldı: “Bu, dünyanın ən pis ölkəsidir”

12-12-2025, 12:24           
Tramp yenidən somaliləri hədəfə aldı: “Bu, dünyanın ən pis ölkəsidir”
ABŞ Prezidenti Donald Tramp Minnesotadakı Somali diasporunu sərt şəkildə tənqid edərək onların seçkilərə təsir göstərdiyini və bu təsirin miqyasının artıq onu narahat edəcək səviyyəyə çatdığını bildirib.

Sherg.az xəbər verir ki, o, xüsusilə Konqres üzvü İlhan Omarı hədəfə alaraq rəqiblərinin ona qarşı irəli sürdüyü “qardaşı ilə evlilik” kimi köhnə ittihamlar və onun ştat siyasətindəki rolu barədə danışıb.

”İlhan Omar, adı nədirsə artıq, başındakı o axmaq çalmayla… Mən onu sevirəm, amma o, yalnız şikayət edən, daima haqq-hüquq tələb edən biridir. Özü də dünyanın ən pis ölkəsidən - Somalidən gəlib”, - Tramp deyib.

O, əlavə edib ki, somalilər “parlament” sözünün nə demək olduğunu belə bilmirlər və polisləri yoxdur: “Onlar küçələrdə gəzir, bir-birlərini öldürürlər.”

Tramp, həmçinin, autizm diaqnozu ilə bağlı yaxınlarda ortaya çıxmış qalmaqala da toxunub. İstintaqa görə, Minnesotadakı bəzi klinikalar sağlam uşaqlara saxta autizm diaqnozu qoyaraq müalicə ödənişləri alıblar.

Hakimiyyət orqanlarının iddialarına əsasən, bu sxemdə Somali icmasının bəzi üzvləri də iştirak edib. Məhz bu məsələ Trampın somalilərə qarşı qəzəbini daha da artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru