Həmkarı Aqil Abbasa qarşı çıxdı: Saxta təşəbbüslərə ehtiyac yoxdur - "Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi..."

16-12-2025, 17:12           
Həmkarı Aqil Abbasa qarşı çıxdı: Saxta təşəbbüslərə ehtiyac yoxdur -
Milli Məclisin bugünkü plenar iclasında gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib. Modern.az-ın məlumatına görə, plenar iclasda çıxış edən deputat Aqil Abbas həmçinin, həbsdə olan jurnalistlərin də bu amnistiyaya daxil edilməsi təklif edib.

“Düzdür, həbsdə olan jurnalistlərin günahı olsa da, amnistiya onlar da aid olsa yaxşı olar”, - deputat deyib.

Aqil Abbasın deputat həmkarı Bəhruz Məhərrəmov isə bu fikrə qarşı çıxaraq ölkəmizdə həbsdə olan jurnalistlərin olmadığını vurğulayıb.

“Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.

“Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti öz vətəndaşına o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq müdafiə təşəbbüslərinə ehtiyac yoxdur”- deyə o sonda bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru