Şmıqal: 2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər

17-12-2025, 11:34           
Şmıqal: 2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər
2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər ki, bu da müharibənin başlanmasından bəri ən yüksək göstərici olacaq.

"Report" xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal "Ramştayn" formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun iclasında tərəfdaşlara müraciətində bildirib.

Nazir müttəfiqlərə dəstəyə görə təşəkkürünü ifadə edib və vurğulayıb ki, bu il Kiyevə göstərilən hərbi yardımın həcmi rekord səviyyəyə çatıb.

Şmıqal əlavə edib ki, Ukraynanın 2026-cı il üzrə ümumi müdafiə ehtiyacları 120 milyard ABŞ dolları təşkil edir. Onun sözlərinə görə, gələn il üçün əsas prioritetlər sabit maliyyələşdirilməsi, hava hücumundan müdafiənin gücləndirilməsi, yerli müdafiə sənayesinin dəstəklənməsi, sursat və
uzaqmənzilli raketlərin tədarüküdür. Nazir həmçinin Ukrayna Silahlı Qüvvələrinin effektiv təminatı üçün PURL mexanizminin həyata keçirilməsinin vacibliyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru