Rusiya XİN: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının...”

17-12-2025, 12:18           
Rusiya XİN: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının...”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını Moskva üçün “şərtsiz prioritet” adlandırıb.

TEREF xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin “Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yay Bakıda həbs olunan 11 Rusiya vətəndaşının tezliklə Rusiyaya qaytarılması məsələsi Azərbaycan XİN-lə aparılan siyasi məsləhətləşmələrin əsas mövzularından biri olub. Danışıqlar 9–10 dekabr tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.

“Bizim üçün şərtsiz prioritet – bu yay Azərbaycanda saxlanılan 11 vətəndaşımızın mümkün qədər tez Rusiyaya qayıtmasıdır. Bu məsələni 9–10 dekabrda Azərbaycan XİN-də keçirilən siyasi məsləhətləşmələr zamanı ətraflı müzakirə etdik”, – deyə Mixail Kaluqin bildirib.

Diplomat həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin 9 oktyabrda Düşənbədə baş tutan görüşü iki ölkə arasındakı münasibətlərə “güclü müsbət impuls” verib.

Qeyd edək ki, saxlanılan Rusiya vətəndaşları 1 iyul tarixindən etibarən həbsdədirlər və Moskvanın bu məsələni “münasibətlərin istiləşməsi fonunda” qaldırması diqqət çəkir. \\Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru