SOCAR-ın benzini Ermənistanda belə satılacaq

20-12-2025, 11:24           
SOCAR-ın benzini Ermənistanda belə satılacaq
Ermənistanda SOCAR benzininin hansı yanacaqdoldurma məntəqələrində satılacağı məlum olub.

TEREF xəbər verir ki, Azərbaycan neft məhsulları Ermənistana hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat olan Xaçatur Sukiasyanın ailəsinə məxsus “MegaTrade” şirkəti tərəfindən idxal edilib.

Şirkətin məlumatına görə, bu idxal Ermənistan və Azərbaycan arasında müvafiq qurumlar arasında əldə olunan razılaşma və müəyyən edilən prosedurlar çərçivəsində həyata keçirilir.

“Məqsəd bazarın diversifikasiyası, rəqabət mühitinin gücləndirilməsi və istehlakçılara daha əlçatan təklif təqdim olunmasıdır. İdxal olunan neft məhsulları “Ran Oil” yanacaqdoldurma şəbəkəsində satışa çıxarılacaq. Bu isə yanacaq qiymətlərinin aşağı düşməsinə və sahədə daha şəffaf qiymət formalaşmasına töhfə verəcək”, – deyə şirkətdən vurğulanıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru