“Vəzifəmdən “yapışmaq” niyyətində deyiləm” - Zelenski

21-12-2025, 10:14           
“Vəzifəmdən “yapışmaq” niyyətində deyiləm” - Zelenski
“Ukrayna Xarici İşlər Nazirliyi ölkədə keçiriləcək növbəti seçkilər üçün lazımi infrastrukturun yaradılması istiqamətində işlərə başlayıb”.

AzFakt.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, seçkilər zamanı xaricdə yaşayan milyonlarla Ukrayna vətəndaşının səsvermədə iştirakını təmin etmək ən böyük çətinliklərdən biri olacaq:

“Bu məqsədlə XİN tərəfindən “xüsusi infrastruktur”un qurulması planlaşdırılır. Demokratik seçkilərin keçirilməsinin mütləq şərti atəşkəsin əldə olunmasıdır. Rusiyada yaşayan Ukrayna vətəndaşlarının səsverməsinə Moskva tərəfindən icazə verilməyəcək və hazırda Rusiyanın nəzarətində olan ərazilərdə də seçki prosesi təşkil olunmayacaq. Mən vəzifəmdən “yapışmaq” niyyətində deyiləm və bütün lazımi şərait yaradılacağı təqdirdə seçkilərə getməyə hazıram”.

Xatırladaq ki, 2019-cu ildə Ukraynanın 6-cı prezidenti seçilən Zelenskinin beşillik səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatsa da, ölkədə tətbiq edilən hərbi vəziyyət səbəbindən Konstitusiyaya uyğun olaraq seçkilər təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru