Uitkoff: “Qəzza atəşkəs sazişinin birinci mərhələsinin icrasında irəliləyiş qeydə alındı”

21-12-2025, 12:34           
Uitkoff: “Qəzza atəşkəs sazişinin birinci mərhələsinin icrasında irəliləyiş qeydə alındı”
ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzzadakı atəşkəs sazişinin birinci mərhələsinin icrasında irəliləyişlər barədə məlumat veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun “X” hesabında paylaşdığı birgə bəyanatda deyilir.

Sənədə əsasən, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri cümə günü Florida ştatının Mayami şəhərində Qəzza atəşkəs sazişinin birinci mərhələsinin icrasını qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə danışıqlar aparıblar.

“Birinci mərhələ humanitar yardımın artırılması, girovların cəsədlərinin geri qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlərə səbəb olub”, – bəyanatda deyilir./Apa/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru