Putinin verdiyi vədlər niyə icra olunmur? - Politoloq şərhi

24-12-2025, 10:24           
Putinin verdiyi vədlər niyə icra olunmur? -
“AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması, daha dəqiqi Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması həm humanitar, həm də siyasi-diplomatik baxımdan geniş rezonans yaradan bir hadisə idi. Hadisənin baş verməsi zamanı elə ilk andan etibarən bütün faktlar təyyarəmizin hər hansı texniki nasazlıq və ya idarəetmə problemləri səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində qəzaya uğradığını göstərsə də, Rusiyanın adekvat mövqe sərgiləməməsi məsələni diplomatik müstəviyə çıxardı və haqlı olaraq iki dövlət arasında münasibətlərə mənfi təsir etdi”.

Bu fikirləri Patrul.az-a açıqlamasında politoloq Rəşad Bayramov səsləndirib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə Düşənbədə görüşü zamanı verdiyi açıqlamalar, gec də olsa üzr istəməsi, eləcə də kompensasiyanın ödəniləcəyini və hadisədə məsuliyyət daşıyan bütün vəzifəli şəxslərin hüquqi qiymət alacağını bildirməsi müsbət addım olsa da təəssüf ki, keçən dövr ərzində Putinin vədləri öz həllini tapmadı:

“Moskvanın mövqeyindəki gecikmə və etinasızlıq təbii ki, heç bir halda qəbul edilən deyil. İndiki halda rəsmi Moskvanın bu cür mövqeyinin səbəbləri həm daxili, həm də xarici amillərlə bağlıdır. Rusiya hələ də Ukrayna dronları və s. kimi bəhanələrlə həm daxili, həm də beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər edir və bununla da məsuliyyətdən yayınır.

Şübhəsiz ki, bu gedişat Azərbaycan-Rusiya münasibətlərinə birbaşa təsir göstərir. Moskvanın vədlərə əməl etməməsi etimadın azalmasına, Bakı tərəfindən gələcəkdə Rusiya ilə münasibətlərə daha məsafəli yanaşmanın tətbiqinə səbəb ola bilər. Bundan əlavə, bu proses Rusiya üçün beynəlxalq imic və cavabdehlik məsələlərini də gündəmə gətirir və Bakını baş verən hadisə ilə bağlı beynəlxaq məhkəmələrə müraciət etməyə sövq edə bilər”,– deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru