56 yaşlı generalın qəfil ölümü: ürəktutma, yoxsa... - SENSASİON İDDİA

27-12-2025, 10:44           
56 yaşlı generalın qəfil ölümü: ürəktutma, yoxsa... -
Rusiya daha bir general itirib. Müdafiə nazirinin keçmiş müavini, general-polkovnik Yuri Sadovenko "ölüb". 56 yaşlı generalın guya ürək xəstəliyindən keçindiyi bildirilir. Təbii ki, inandırıcı deyil. (Niyə pəncərədən "yıxılmayıb", maraqlıdır).

SAVASHMEDİA.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial media hesabında paylaşıb. 

O bildirib ki, Sadovenko keçmiş nazir Şoyqunun sadiq adamlarından biri olub: "Şoyqu fövqəladə hallar naziri olanda Sadovenko onun köməkçisi; Moskva vilayətinin qubernatoru olanda onun aparat rəhbəri; müdafiə naziri olanda isə onun müavini vəzifələrində çalışıb. Yəni Şoyqu hara gedibsə, Sadovenkonu da özü ilə aparıb".

"Ötən ilin may ayında Şoyqu müdafiə naziri vəzifəsindən çıxarıldıqdan sonra Sadovenko da işdən uzaqlaşdırılıb...

Moskvanın qaranlıq dəhlizlərində güc, sərvət və uğrunda mübarizə çox sərt, amansız keçir. Rus siyasi mədəniyyətində bu cür mübarizələrdə uduzanlar əvəzini canı ilə ödəyir...", - deyə politoloq əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru