Putin SSRİ ilə bağlı qanun imzaladı

29-12-2025, 10:48           
Putin SSRİ ilə bağlı qanun imzaladı
Rusiya Prezidenti Vladimir Putin 19 aprelin Sovet xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü elan edilməsini nəzərdə tutan qanun imzalayıb.

Teleqraf xəbər verir ki, sənəd bundan əvvəl Rusiya Dövlət Dumasında qəbul olunub.

Anım günü üçün 19 aprelin seçilməsi belə əsaslandırılıb:

“1943-cü il aprelin 19-da 39 saylı fərman qəbul edilib. Bu, nasistlər və onların əlaltıları tərəfindən işğal olunmuş ərazilərdə dinc əhalinin məhv edilməsinə yönəlmiş məqsədyönlü və genişmiqyaslı siyasəti rəsmi şəkildə təsbit edən ilk hüquqi akt olub, həmçinin cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasları müəyyən edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru