"5 000 dollaradək kredit götürənlərə güzəştlər oluna bilər" - Elman Rüstəmov

19-01-2016, 14:07           
"5 000 dollaradək kredit götürənlərə güzəştlər oluna bilər" - Elman Rüstəmov
Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib.

“APA-Economics”in xəbərinə görə, E. Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ "bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur".

Müxbirimizin "5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi?" sualına baş bankir bu cür cavab verib: "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyini tapılmasıdır. Bu təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru