Təbrizdə xəstəxanada ölən 10 aylıq azərbaycanlı körpənin meyiti ailəsinə verilib

24-01-2016, 12:31           
Təbrizdə xəstəxanada ölən 10 aylıq azərbaycanlı körpənin meyiti ailəsinə verilib
İran İslam Respublikasının Təbriz şəhərinin “Kudəkan” xəstəxanasında vəfat edən Dadaşzadə Qorqud Rövşən oğlunun meyiti bu gün səhər saatlarında ailəsinə verilib.

Mərhumun əmisi Şəhriyar Dadaşov APA-ya bildirib ki, adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı xəstəxanaya olan borcun yarısını ödəyib.

Onun sözlərinə görə, borcun qalan hissəsinin kimin tərəfindən ödənilməsi haqda isə dəqiq məlumat yoxdur: “Meyitin “morq”da saxlanılması ilə əlaqədar 4000 manat borc yaranmışdı. Hazırda meyitin Azərbaycana gətirilməsi üçün sənədləşdirmə işləri aparılır”.

Ş. Dadaşov bu məsələnin həllini tapmasında yardımçı olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2015-ci il aprelin 24-də Cəlilabad rayonunda anadan olan Dadaşzadə Qorqud Rövşən oğlu Təbriz şəhərində "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində bu il yanvarın 20-də dünyasını dəyişib.

Həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini verməkdən imtina edirdilər.
Sosial səhifələrdə paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru