Samir Sərifov dollar kreditlərinden danisdi

25-01-2016, 09:46           
Samir Sərifov dollar kreditlərinden danisdi
”Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu, yaxşıca yoxlanılmalıdır”.

Aktual.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, bunu maliyyə naziri Samir Şərifov Mir Şahinə müsahibəsində deyib.

Telejurnalistin “Müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökümət tərəfindən güzəşt olunacaqmı?” sualına nazir belə cavab verib:

“Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur.”

Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər:

“Bu məsələlər ətrafında müzakirələr davam edir”, – deyə Şərifov bildirib
[media=https://www.youtube.com/watch?v=XQgg437mgLI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru