Laçınlı məcburi köçkünlərlə daha üç yerdə görüşlər keçirildi.

30-01-2016, 23:31           

teref.az - 30 yanvar 2016-cı il tarixdə günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ağcabədi rayonunun Taxtakörpü ərazisində əhalinin daha sıx müvəqqəti məskunlaşdıqları Vağazin, Şeylanlı-1 və Şeylanlı 2 obalarında məcburi köçkünlərlə görüşlər keçirmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin yanvar ayında əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir. Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış əhalinin məşğulluğunun artırılması üçün obalarda yerinə yetirilməsi zəruri olan işlərin müəyyənləşdirilməsi və qeyri-məşğul əhalinin haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün tədbirlər planının hazırlandığı bildirilmişdir. Odalarda olan mövcud problemlər dinlənilmiş, bəzi problemlər yerində araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti rayon təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir. Görüşdə iştirak edən məcburi köçkünlər öz çıxışlarında ölkə Prezidenti cənab İlham Əliyevə onlara göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyinin yerlərdə əhali ilə tez-tez keçirdiyi görüşləri yüksək qiymətləndirmişlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru