Bakıda 90-lıq yolda 60-la radara düşənlər var - VİDEO

3-02-2016, 08:35           

Bu yolda bəzi nişanlar yoxdur - Sürücülər narazıdır

teref.az avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Dairəvi yolundan Badamdar qəsəbəsinə gedən yolda xəbərdaredici nişanların qoyulmaması bu istiqamətdə hərəkət edən sürücülərin sürət həddini aşmasına və cərimələnməsinə səbəb olur. Ekspertlər isə deyirlər ki, sürücülərin belə vəziyyətdə cərimələnməsi qanuna ziddir.

Sürücülərin də narazılığı Bakı Dairəvi yolundan Badamdar qəsəbəsi istiqamətinə gedən yolda lazımi nişanların qoyulmaması ilə bağlıdır. ''Yaşayış məntəqəsinin başlanğıcı" nişanı olmadığından sürücülər sürət həddi 110 kilometr olan yoldan hansı sürətlə hərəkət etməli olduğunu dəqiqləşdirə bilmir.

Sürət 60-ı keçdikdə cərimə meydançası yaxınlığında xidmət göstərən yol polisi avtomobilində olan radar işə düşür. «Yol hərəkəti haqqında» qanunun tələbinə görə isə bütün yaşayış mənətəqələrinin giriş hissələrində ''Yaşayış mənətqəsinin başlanğıc" nişanıı vurulmalıdır.

Digər bir məqam yolda radarın olduğunu əks etdirən xəbərdaredici nişanın da olmamasıdır. Bəs qeyd olunan nişanlar qoyulmadığı halda sürücülər cərimələnə bilərlərmi?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru