Dərmanlar ucuzlaşacaq

12-02-2016, 13:35           

“Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur”.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, ƏDV ilə bağlı qanun qəbul olunarsa, ölkədə dərmanların qiyməti 18 faiz ucuzlaşacaq.

“Bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır. Bir çox dövlətlər isə müəyyən qədər əlavə dəyər vergisi tətbiq edilir. Bütün bunları nəzərə alaraq bizdə də ƏDV-nin ləğvi üçün ciddi müzakirələr aparılır".

M.Quliyev Azərbaycanda yerli dərman istehsalının çox vacib məsələ olduğunu vurğulayıb: "Ölkədə dərman istehsalı üçü təbii, iqtisadi, texnoloji şərait var. Yerli dərman istehsalının təşkil olunması dərmanların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da qiymətlər ucuz olacaq. Bundan əlavə dərmanlarım keyfiyyətinə birbaşa hökumət özü nəzarət edə biləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru