2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər

7-02-2026, 16:44           
2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər
2026-cı ildə dünya üzrə çip satışlarının həcmi bir trilyon dollara çata bilər.

Oxu.Az bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) saytına istinadən xəbər verir.

SIA-nın məlumatına görə, 2025-ci ildə çip satışları rekord həddə - 791.7 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25.6% çoxdur.

SIA ekspertlərinin fikrincə, eyni artım tempinin 2026-cı ildə də qorunacağı gözlənilir, çünki qlobal texnologiya şirkətləri süni intellekt üçün məlumat mərkəzlərinin yaradılmasına yüz milyardlarla dollar xərcləyirlər ki, burada da yeni çiplərə böyük ehtiyac var.

2025-ci ildə satışlar ən çox Asiya-Sakit okean regionunda (45%), həmçinin Şimali və Cənubi Amerikada (30,5%) artıb. Dünyada ən böyük tələbat "Nvidia", AMD və "Intel" tərəfindən istehsal olunan perspektivli hesablama sistemləri üçün nəzərdə tutulan çiplərə müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru