Mingəçevir şəhərində peyda olan Xudayar bəy. VİDEO

9-02-2026, 00:13           
Mingəçevir  şəhərində peyda olan Xudayar bəy.  VİDEO
Biçarə Azərbaycan cəmiyyəti,bu səsə qulaq asandan sonra rəhmətlik Mirzə Cəlilnin Danabaş kəndi yadıma düşdü.
Amma mən oradakı Xudayar bəydən yox,müasir Xudayar bəydən danışmaq məcburiyyətində qaldım.
O Xudayar bəydən ki,o, Danabaş kəndində yox, Mingəçevirdə peyda olub. Bu şəxs Mingəçevir Su-kanal idarəsinin rəisi Elmar Əhmədovdur.
Adam 21-ci əsrdə kəndlə şəhəri dəyişik salıb. Necə deyərlər,özünü kənddə kəndxuda kimi aparır. Bir eşşəyi,bir də şallağı-qamçısı çatmır.
Bu adam işçilərinin üstünə elə qışqırır ki,sanki meşədədir. Bu davranış möhtərəm Prezidentimizin tələb etdiyi məmur kodeksinə uyğundurmu?
Sadəcə, cəmiyyətin bir üzvü kimi bu məqamlar bizi ciddi şəkildə düşünürür,belə kadrları haradan tapırlar?
Həqiqətənmi, Mingəçevirdə su sistemlərinin idarə olunması üçün ixtisaslı, bacarıqlı kadrlar yoxdur?
Ay Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov,indi biz nə edək, hansı Zaura müraciət edək?
Zaur Baxşəliyevə, Zaur Kamala,yoxsa Zaur Nəbioğluna?
Bir də Zaurlardan xahiş edirəm ki, Mingəçevirin Xudayar bəyinin mütləq psixiatriya yoxlamasından keçirsinlər. Ay Zaur müəllim,sonda sizə demək istəyirəm ki,bura Danabaş kəndi deyil,bura Azərbaycanın ən müasir ziyalı şəhəri Mingəçevirdir...
Sima Babayeva
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru