Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevadan danışandan bəri hər gün bir sifarişli yazı çıxır.

9-02-2026, 10:37           
Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevadan danışandan bəri hər gün bir sifarişli yazı çıxır.
Bu sifarişli məqalələr, statuslar, şərhlər yazanlar o aldıqları pulları necə rahat yeyirlər? Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevadan danışandan bəri hər gün bir sifarişli yazı çıxır. Hamısının da məzmunu eynidir. İndi guya bunlar öz aləmlərində məni gözdən salıb, qazancımdan edirlər.
23 ildir oxuyuram, səhnədəyəm, həm də Facebook-da fikirlərimi yazıram. 23 ildən sonra birdən yadlarına düşüb ki, yazdığım statuslar boşdur, özümün də səhnə üçün gözəllikdən başqa heç nəyim yoxdur, gözəlliyim də guya plastik əməliyyatdır. Müxalifətçi də çıxartmaq istədilər, gördülər ki, yapışmır.
Yazdığınız bu absurd cümlələr, hətta daha artığı, səhnəmizin ən öndə gedən, bəh-bəhlə el şənliklərinə dəvət etdiyiniz, hətta fəxri adları olan əksər müğənnilərə də aiddir. Sizi də başa düşürəm. O qədər hamıda eyni xüsusiyyətləri görürsünüz ki, hamı kimi olmayanları da qəbul edə bilmirsiniz.
Qarşıdan orucluq gəlir. Bu müqəddəs Ramazan ayında Allahdan diləyim: haqqıma girən, mənə şər-böhtan atan, yollarıma daş qoyan hər kim varsa, Allah onlara etdikləri pis əməllərin yüz qatını qaytarsın.
Нура Сури
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru