Taksi qiymətləri bahalaşır? VİDEO

11-02-2026, 09:15           
Taksi qiymətləri bahalaşır?  VİDEO
“Bolt” taksi şirkətinin sürücülərə göndərdiyi bildiriş onları çaş-baş salıb…
Bildirişə əsasən, yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb. Qərar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Maraqlıdır ki, taksi şirkəti bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər.
Sürücülər bildiriş aldıqlarını desələr də, bunun gediş haqqına təsir etmədiyini bildirdilər.
Digər sürücülər də kamera qarşısında danışmaq istəməsələr də, taksi şirkətindən belə bir bildiriş aldıqlarını dedilər.
“Yango” şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bidlirişin gəlmədiyini dedilər.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru