Neftçalada Şəhid adına olan küçə - Dizə qədər palçığın içindədir - VİDEO

11-02-2026, 12:24           
Neftçalada Şəhid adına olan küçə -
Sosial şəbəkələrdə yayılan videoda Neftçala şəhərində Şəhid Pərviz Məmmədlinin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olduğu görünür. Bu sadəcə təəssüf doğurmur, açıq-aşkar utancdır. Şəhidimizin adını daşıyan bir küçənin bu vəziyyətdə olması nə inkişafla, nə qayğı ilə, nə də dövlətçilik anlayışı ilə uzlaşır.

Bizimesr.az bildirir ki, bir müddət əvvəl bahalı plaşı ilə gündəmə gələn Neftçala Rayon İcra Hakimiyyətinin hörmətli başçısı Mirhəsən Seyidov tənqidlərə cavab olaraq, jurnalistləri və bu barədə yazanları Neftçalaya dəvət edib, rayondakı inkişafı yerində görməyə çağırmışdı.

Əziz Mirhəsən müəllim, budur dediyiniz inkişaf, Şəhid adı daşıyan küçə beləmi olmalıdır? Əgər Neftçalanın şəhid adını daşıyan bir küçəsi bu gündədirsə, rayonun digər küçələrinin və ümumi infrastrukturun vəziyyəti hansı haldadır?

Xüsusilə, son parlament seçkilərində Neftçaladan deputat olan Tənzilə Rüstəmxanlı seçki kampaniyası dövründə “Neftçala üçün birlikdə” şüarı ilə çıxış edirdi. Buyurun, Tənzilə xanım - birlikdə baxaq - Sizin deputat olduğunuz rayonda şəhid adına olan küçənin vəziyyəti budur. Və bu cür bərbad küçələr tək-tük deyil, saysız-hesabsızdır.

Şəhid adına hörmətsizlik edən idarəçilik sadəcə ayıbdır. İnsan bu mənzərəni görəndə ürəyi ağrıyır. Şəhidlərimiz bu torpağın ən müqəddəs dəyəridir. Onların adını daşıyan küçələr isə laqeydliyin yox, hörmətin və qayğının simvolu olmalıdır.

Qeyd edək ki, görüntünü əslən Neftçaladan olan, rayonun problemləri ilə yanaşı, uğurlarını, rayonun tanınmış şəxslərini tanıdan Etibar Cavadov paylaşıb.

Bizimesr.az
@bizimesr.az

Sosial şəbəkələrdə yayılan videoda Neftçala şəhərində şəhid Pərviz Məmmədlinin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olduğu görünür.  Bu sadəcə təsəssüf doğurmur, açıq-aşkar utanc və hörmətsizlikdir.  Şəhidin adını daşıyan bir küçənin bu halda olması nə inkişafla, nə qayğı ilə, nə də dövlətçilik anlayışı ilə uzlaşır. Bizimesr.az bildirir ki, bir müddət əvvəl bahalı plaşı ilə gündəmə gələn Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tənqidlərə cavab olaraq, jurnalistləri və yazanları Neftçalaya dəvət edib, rayondakı inkişafı yerində görməyə çağırmışdı. Əziz Mirhəsən müəllim, budur dediyiniz inkişaf? Şəhid adı daşıyan küçə beləmi olmalıdır? Əgər Neftçalanın şəhid adını daşıyan bir küçəsi bu gündədirsə, rayonun digər küçələrinin və ümumi infrastrukturun vəziyyəti hansı haldadır?  Xüsusilə, son parlament seçkilərində Neftçaladan deputat olan Tənzilə Rüstəmxanlı seçki kampaniyası dövründə “Neftçala üçün birlikdə” şüarı ilə çıxış edirdi. Buyurun, Tənzilə xanım - birlikdə baxaq - Sizin deputat olduğunuz rayonda şəhid adına olan küçənin vəziyyəti budur. Və bu cür bərbad küçələr tək-tük deyil, saysız-hesabsızdır. Şəhid adına hörmətsizlik edən idarəçilik ayıbdır. İnsan bu mənzərəni görəndə ürəyi ağrıyır. Şəhidlər bu torpağın ən müqəddəs dəyəridir. Onların adını daşıyan küçələr isə laqeydliyin yox, hörmətin və qayğının simvolu olmalıdır.

♬ Conquest of Paradise - Vangelis












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru