Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT

11-02-2026, 11:18           
Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
Yaşayış binalarının birinci mərtəbələrindəki mənzillərin obyektə çevrilməsi qanunla qadağan edilsə də, Yasamal rayonunda buna məhəl qoyan yoxdur.

Tribuna.az xəbər verir ki, artıq bir müddətdir Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yaşayış binasının birinci mərtəbəsinin obyektə çevrilməsi üçün iş gedir. Binanın qarşısına yerə artıq metlax döşənib və tikinti işləri sürətlənib. Sözügedən binada bu cür obyekt tikintisi ilk belə hal deyil.

Sakinlər bildirir ki, bu cür tikintilər onların həyatını riskə atır. Bina sakinləri Yasamal rayonunda ötən ilin noyabrında 3 nəfərin ölümü ilə nəticələnən bina yanğınının növbəti dəfə yaşanmasından qorxur.


Sakinlər problemlə bağlı Yasamal rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat verdiklərini bildiriblər. İH-dən şikayət qeydə alındığı bildirilsə də, heç bir tədbir görülməyib, əksinə, tikinti günü-gündən daha da sürətlənib.

Xatırladaq ki, ötən il elə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yeni tikili binanın birinci mərtəbəsində fəaliyyət göstərən müəssisədə başlayan yanğın binanı yararsız hala salmış, 3 nəfərin ölümü, onlarla sakinin yaralanmasına səbəb olmuşdu. Halbuki yaşayış binalarının birinci mərtəbələrinin obyektə çevrilməsi qanunla qadağan edilib.

Məsələ ilə bağlı Yasamal İH-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.(Tribuna.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru