Tanınmış iş xanımı dələduzluqda günahlandırılır - QALMAQAL

12-02-2026, 08:59           
Tanınmış iş xanımı dələduzluqda günahlandırılır - QALMAQAL
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva dələduzluqda ittiham olunur.

"Yeni Sabah" xəbər verir ki, tanınmış influser Fidan Zeyn bu iddia ilə çıxış edib.

O bildirib ki, Könül Həmzəyeva ona və Azerina adlı tanışına qarşı dələduzluq edib:

"Könül Həmzəyeva tərəfindən etibarımızdan sui istifadə edilərək aldadılmışıq və nəticədə hər ikimizə böyük məbləğdə maddi ziyan dəyib".

İnfluser qeyd edib ki, 2 aydır araşdırılma aparılmasına baxmayaraq, onlara dəymiş maddi ziyan hələ də ödənilməyib.

"Heçvaxt belə birşey etməmişəm, ehtiyac da olmayıb. Baxdım ki, tək əldən səs çıxmır. Aylardır göz yaşı, stres, anam, atam bir neçə ayda sırf bu vicdansıza görə fikirdən qocaldı. Dəstəyiniz çox vacibdir. Səsimiz lazımı yerlərə çatsın", - deyə Fidan Zeyn paylaşım edib.

Qeyd edək ki, onun paylaşımına Daxili İşlər Nazirliyindən reaksiya gəlib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır və araşdırmalarla əmələ hüquqi qiymət veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru