Dərman, uşaq yeməkləri qalıb, hökumət bahalı əntiq malları ƏDV-dən azad edir - Ağlayasan ya güləsən?

15-02-2026, 00:08           
Dərman, uşaq yeməkləri qalıb, hökumət bahalı əntiq malları ƏDV-dən azad edir -
Hökumət yeni təkliflə çıxış edib, təklifi Parlamentə göndərib, sitat: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək”.
Yəni, ölkəyə gətirilən bahalı əntiq və kolleksiya əşyaları, rəsm və incəsənət nümunələri 18% ƏDV-dən azad olunacaq – möhtəşəm təşəbbüsdür, 350 manat təqaüd alan Mamed dayı, Sənəm xala buna çox sevinəcəklər. Bəs necə, axı onlar neçə vaxtdır xarici auksionlardan əldə etdikləri əsərləri, əntiq əşyaları 18% ƏDV ödəyib ölkəyə gətirirdilər, indi bu ödənişdən azad olublar! Xəbəri eşidən, ayda 700 manat maaş alan Vəli əmi, çox güman, sevincindən ağlayacaq, neçə vaxtdır qədim Romada istifadə edilən əntiq vaza almışdı, 18%-ə görə gətirməyə tələsmirdi! Eşq olsun!
Biz illərdir deyirik ki, heç olmasa, dərman, uşaq yeməkləri, bəzi ərzaq məhsullarında 18% ƏDV-ni ləğv edin, ya kəskin azaldın ki, qiymətlər bir az ucuzlaşsın, Mamed dayı, Vəli əmi, Sənəm xala dərmana, ərzağa dəyərindən 18% az ödəsin, əvəzində öz “kruqlarında” olan “beş-on” nəfər kolleksionarlərin büdcəyə ödəyəcəyi 18% vergini ləğv edirlər. Bu addım, heç olmasa, muzeylər, sərgilər üçün olsaydı, yenə başa düşülən olardı, amma, hamıya şamil edilir...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru