İndi ölkədə "imtahan -ixtisar" xəstəliyi sürətlə yayilir. AZAL - Azerbaijan Airlines bu xəstəlik sizdə də tədbiq olunmayıb ki?

16-02-2026, 00:11           
İndi ölkədə "imtahan -ixtisar"  xəstəliyi sürətlə yayilir.   AZAL -
"Dünən Praqadan Bakıya qayıdarkən, enişə yaxın ,(Bakı ətrafinda) özümü SOCAR neftçilərini Dərin Dəniz Özüllərinə aparan Helikopterdəki kimi hiss elədim. Ta bilmədim səbəb, ekipajın elan etdiyi kimi , təyyarənin turbulent(???) zonaya daxil olması, yoxsa AZAL -n Heston Airlines şirkətindən icarəyə götürdüyü təyyarə ekipajının təcrübəsi idi ?"

Bu sözləri “Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.
"Qeyd: AZAL - Azerbaijan Airlines , eniş -qalxma zamanı təyyarə kapitanının adından azərbaycan dilində sərnişinlərə edilən müraciətdəki (əvvəlcədən yazılmış səs yazısında) "oturacaqları şaquli vəziyyətə gətirin" çağırışına düzəliş edin. Təyyarədəki oturacaqlar, elə həmişə şaqulidir ,onu şaquli vəziyyətə gətirməyə ehitiyac yoxdur. Düymələr ümumiyyətlə yox idi! Sərnişinlər bütün yolu elə şaquli vəziyyətdə oturmuşdu
Sual: İndi ölkədə "imtahan -ixtisar" xəstəliyi sürətlə yayilir. AZAL - Azerbaijan Airlines bu xəstəlik sizdə də tədbiq olunmayıb ki? Şaquli oturduğum oturacaqdan elə hey boylanıb azərbaycanlı işçilər axtardım,tapmadım."
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru