Ramanada su kanalının yaratdığı antisanitar şəraitdən NARAZILIQ VAR– VİDEO

16-02-2026, 11:34           
Ramanada su kanalının yaratdığı antisanitar şəraitdən NARAZILIQ VAR– VİDEO
Evlərə dolur, zirzəmilərdə yığılır… Antisanitar şəraitə, üfunətə səbəb olur…
Paytaxtın Ramanı qəsəbəsi, Şuşa şəhərciyində sakinlər evlərinə dolan tullantı sularından şikayətçidir.

Maraqlıdır ki, suyun mənşəyinin hardan gəldiyi də bilnimir, çox da dərin olmayan kanala dolan su ordan da evlərin zirzəmilərinə axır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirdilər ki, vəziyyət barədə müvafiq sukanal idarəsi məlumatlıdır. Həmin ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Qrunt suları və tullantı suyu öncədən kanala tökülür, oradan xəttə vurulur. Bir neçə gün öncə əraziyə texnika göndərilib, kanal dərinləşdirilib. Hazırda yığılan qrunt suyudur, kanal dərinləşdirilməmişdən öncə toplanıb, axıb gedəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru