Astaradakı “Astalanya” istirahət mərkəzi işçilərin maaşını vermir – VİDEO

16-02-2026, 11:44           
Astaradakı “Astalanya” istirahət mərkəzi işçilərin maaşını vermir – VİDEO
Astara rayonunda fəaliyyət göstərən “Astalanya” istirahət mərkəzində maaşların verilməməsi ilə bağlı iddialar var. Bununla bağlı “Xəzər Xəbər”ə müraciət edən işçilər bildiriblər ki, müəssisədə bəzi vətəndaşlar qeyri-rəsmi şəkildə işə cəlb edilib və onların son əməkhaqları ödənilməyib.

Astara rayonu, Şahağac kəndinin sakiniləri- Tamara Abbasova və Səyyarə Məmmədova Qamışoba kəndində fəaliyyət göstərən “Astalanya” istirahət kompleksindən şikayətçidirlər.

Onlar bununla bağlı “Xəzər Xəbər”ə müraciət edərək bildiriblər ki, sözügedən obyektdə müəyyən müddət çalışsalar da, onlarla rəsmi əmək müqaviləsi bağlanılmayıb.

Biz də iddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün Şahağ kəndinə yollandıq. Öyrəndik ki, 660 manat məbləğində əməkhaqqı bu günədək istirahət kompleksinin keçmiş icarədarı tərəfindən onlara ödənilməyib.

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə adıçəkilən istirahət kompleksində olduq.

Obyektdən “Xəzər Xəbər”ə bildirildi ki, hər iki şikayətçinin əməkhaqqı yaxın müddət ərzində tam şəkildə ödəniləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru