“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər

17-02-2026, 00:02           
“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər
“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin işçiləri maaşlarını ala bilmirlər.

Bu barədə sözügedən marketlərdə çalışan bir qrup işçi Bizim.Media-ya ünvanladıqları şikayətdə məlumat veriblər.

Onlar bildiriblər ki, artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmirlər:

“Dəfələrlə rəhbərliyə müraciət etmişik. Hər dəfə yaxın günlərdə maaşların ödəniləcəyini deyirlər, ancaq bir neçə aydır məvaciblərimizi ala bilmirik”, - deyə şikayətçilər qeyd edib.

Məlumat üçün bildirək ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır.

Qeyd edək ki, demokrat.az saytının yaydığı məlumata görə, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb. Üstəlik, marketlərin təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb. Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru