Dizayner “Gavali”nı məhkəməyə verdi - Şirkət təzminat ödəyəcək

17-02-2026, 09:59           
Dizayner “Gavali”nı məhkəməyə verdi
“Gavali” şirkəti azərbaycanlı dizayner Aleksandra Salamakinaya 5000 manat təzminat ödəyəcək.

Bizimesr.az xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məlumata görə, dizayner Aleksandra Salamakina təsadüfən “Gavali” brendinin məhsullarının qablaşdırmalarında öz dizaynlarından istifadə edildiyini görüb.

Araşdırma zamanı məlum oldu ki, bu qablaşdırmaları hazırlayan türk şirkəti “Pinterest” tətbiqində Salamakinanın işlərini taparaq onların rus rəssamına aid olduğunu düşünüb və heç kimin xəbər tutmayacağını hesab edərək həmin dizaynlardan istifadə edib.

Hadisə üzə çıxandan sonra Salamakina oğurlanmış dizaynların mağaza vitrinlərindən yığışdırılmasını və ya hazır dizaynların satın alınmasını təklif edib. Lakin “Gavalı” şirkəti bu təklifi rədd edərək dizaynerə bir neçə quru meyvə qablaşdırması verməyi təklif edib. Bunun üzərinə Salamakina intellektual mülkiyyət hüquqlarının qorunması üçün məhkəməyə müraciət edib və sosial şəbəkələrdəki paylaşımlarını sübut kimi təqdim edib. Paylaşımlardan dizaynların həqiqətən ona məxsus olduğu aydın görünürdü. Məhkəmə prosesi bir neçə dəfə uzansa da, iş apellyasiya instansiyasına çatıb. Nəticədə “Gavali” şirkəti Aleksandra Salamakinaya 5 000 manat təzminat ödəməli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru