Borca görə qaz, işıq və suyunuzu kəsirlərsə… – Açıqlama

18-02-2026, 15:28           
Borca görə qaz, işıq və suyunuzu kəsirlərsə… – Açıqlama
Yaşayış binasının komendantı və ya idarəedici şirkət bina sakininin borcuna görə onun qaz, işıq və suyunu kəsə bilməz. Buna ixtiyarları yoxdur.

Bu sözləri Tribuna.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, komendant və ya idarəedici şirkət binaya verilən qaz, işıq və suyun birbaşa təminatçısı olmadığı üçün bu xidmətləri dayandırmağa ixtiyarı da yoxdur:

“Əksər çoxmənzilli binalarda binanı idarəedici orqan, yəni komendant sistemi vətəndaşların hər hansısa ödənişi gecikdirməsi ilə əlaqədar qaz, işıq, su xəttini kəsəcəyi ilə bağlı bildirişlər göndərirlər. Çoxmənzilli binalarda yaşayan sakinlər binanı idarə edən şirkətlə müqavilə imzalamalıdır. Bu xidməti müqavilədə şirkətin göstərəcəyi xidmətlər və vətəndaşın götürəcəyi öhdəliklər qeyd olunmalıdır. Əks halda həmin şirkət vətəndaşa kommunal xidmətlərinin kəsilməsi ilə bağlı hədə-qorxu gələ, xəbərdarlıq göndərə bilməz.

Vətəndaşın mənzilinə veriıən kommunal xidmətlərin dayandırılması yalnız həmin xidməti göstərən qurum tərəfindən həyata keçirilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru