Azəriqaz” İB-də hansı oyunlar gedir? - fəhlə ştatları əvəzinə usta ştatları yaradılması və bu zamanı ayrı-seçkiliyə yol verilməsi kimə lazımdır?
18-02-2026, 21:13
"Yazırlar ki, “Azəriqaz” İB üzrə 460 nəfər usta ştatına yerləşdirilən işçilərə 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 764 700 AZN əməkhaqqı hesablanmışdır. Bu isə hər işçiyə orta hesabla 1 660 AZN əməkhaqqı düşməsi deməkdir." TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli yazır.Daha sonra Mirvari xanım yazır: "Bu vəziyyət haqlı olaraq ciddi suallar doğurur: -fəhlə ştatlarının kütləvi şəkildə ləğv edilməsi, onların əvəzində usta ştatlarının yaradılması və işçilərin bu ştatlara yerləşdirilməsi zamanı ayrı-seçkiliyin tətbiqi kimin təşəbbüsü ilə həyata keçirilmişdir? Nəticə etibarı ilə sonda bu təşəbbüs sayğac əməliyyatları üzrə çilingər sayının azaldılması , xidmətlərin keyfiyyətinə, təhlükəsizliyə və istehlakçı məmnunluğuna birbaşa təsir göstərir! Mirvari Gahramanli" TEREF