Bakıda ən bahalı iftar menyuları bu restoranlardadır: Adambaşı 120 manat... - SİYAHI

20-02-2026, 08:14           
Bakıda ən bahalı iftar menyuları bu restoranlardadır: Adambaşı 120 manat... - SİYAHI
Bu gündən Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub.

Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla 20 marta təsadüf edəcək. Artıq bir sıra ictimai iaşə müəssisələri iftar menyularını təqdim ediblər.

Paytaxtın populyar restoranlarında da iftar menyularının qiymətləri açıqlanıb.

“Cebheinfo.az”-ın araşdırmasına əsasən, həmin restoranlarda bir nəfər üçün nəzərdə tutulmuş iftar menyusunun fərqli qiymətləri müəyyənləşib.

Bakıda ən bahalı iftar menyusu olan restoranlardan bəziləri bunlardır: “Günaydın”, “Zafferano”, “Le Bistro”, “Tribeca Restaurant”, “Fireworks Urban Kitchen”, “Sky Grill”, “Gizli Bahçe” restoranlarıdır.

• “Günaydın” restoranında iftar menyusunun qiyməti 90 AZN təşkil edir.

• “Zafferano” restoranında iftar menyusunun qiyməti 120 AZN təşkil edir.

• “Le Bistro” restoranında iftar menyusunun qiyməti təxminən 88 AZN təşkil edir.

• “Tribeca Restaurant” (“The Ritz-Carlton”) da iftar menyusunun qiyməti bir nəfər üçün təxminən 85 AZN nəzərdə tutulur.

• “Fireworks Urban Kitchen” restoranında iftar menyusunun qiyməti təxminən 80 AZN təşkil edir.

• “Sky Grill” restoranında iftar menyusunun qiyməti təxminən 70 AZN təşkil edir.

• “Gizli Bahçe” restoranında iftar menyusunun qiyməti təxminən 70 AZN təşkil edir. Burada 10%-lik servis haqqı da nəzərdə tutulub.

Qeyd edək ki, bu restoranlarda qiymətlər digərləri ilə müqayisədə daha bahadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru