Yeni Suraxanıda tikintiyə görə ağaclar kəsilib?

21-02-2026, 00:07           
Yeni Suraxanıda tikintiyə görə ağaclar kəsilib?
Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospekti, 414 ünvanında ağaclar kəsilib, ərazi tikinti üçün hasara alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bu ərazilərdə ağacların kəsildiyi iddia olunur. Baku TV əməkdaşları məsələ ilə bağlı hadisə yerinə yollanıblar.
Müşahidələrə əsasən, ərazidə az sayda da olsa, ağaclar kəsilib.
Eyni zamanda ərazidə əvvəlki dövrlərdə də ağacların kəsilmə izlərinə rast gəlinib. Bu isə onu göstərir ki, ərazi mərhələli şəkildə yaşıllıqdan təmizlənərək hansısa məqsədlər üçün istifadəyə hazırlana bilər.
Mövcud vəziyyətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə heç bir ağac kəsilməsi halı mövcud deyil və hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, rayonun Yeni Suraxanı qəsəbəsində yerləşən yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru