126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

21-02-2026, 10:17           
126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO
Ev almaq üçün 126 min manatdan çox vəsait ödənildi, amma nə ev var, nə də pul.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Rahim Bayramov aldadılıb. Onun vəkili Gülər Mirzəyeva deyir ki, ödəniş etməsinə baxmayaraq, nə mənzil, nə də vəsaitini geri ala bilirlər.


Tələbkarın sözlərinə görə, mənzil üçün ümumilikdə 126 500 manat vəsait bank vasitəsilə ödənilib. Lakin sonradan nə mənzil təqdim edilib, nə də ödənilən məbləğ geri qaytarılıb.

Məsələ ilə bağlı işə baxan Sumqayıt Şəhər Məhkəməsi iddiaçı Rahim Orucəli oğlu Bayramovun xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən, borclu tərəf - Sumqayıt şəhər sakini Nazim Səftər oğlu Məlikov icra vərəqəsi üzrə 126 500 manat vəsaiti ödəməlidir. Lakin aradan 4 il keçməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmayıb.

Şikayət olunan Nazim Məlikovla telefon əlaqəsi saxlanılıb.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsindən bildirilib ki, Nazim Məlikov barəsində araşdırma aparılıb. Qurumdan qeyd olunub ki, işin uzun müddət icra edilməməsi ilə bağlı həmin şəxs barəsində ciddi tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. Onun əmlakına həbs qoyulduğu, yaxın vaxtlarda isə daha sərt hüquqi addımların atılacağı vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru