Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var

4-05-2026, 09:16           
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Azərbaycanda əmək bazarında yeni islahat istiqaməti kimi saatlıq əməkhaqqı sisteminə keçid gündəmə gəlib. Deyilənə görə, bu modelin tətbiqi işçilərin gördüyü işə görə daha ədalətli ödəniş mexanizminin formalaşdırılmasına, əmək bazarında çevikliyin artırılmasına və şəffaflığın gücləndirilməsinə xidmət edə bilər.

Saatlıq əməkhaqqı sisteminə keçid Azərbaycanda işçilərin sosial təminatına və ümumi əmək bazarının sabitliyinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Bella Bəşirova deyib ki, işçinin sərf etdiyi vaxta uyğun əməkhaqqı məqsədəuyğundur:

“​Saatlıq əməkhaqqı sisteminə keçid ideyası prinsipcə ədalətli ödəniş anlayışına uyğundur. Bu sistem işçinin gün ərzində sərf etdiyi vaxt və çəkdiyi əmək prinsipinə daha yaxındır. Müasir əmək bazarında şəffaflığı və ədalətliliyi qoruyacaq. Lakin bunun praktikada necə tətbiq olunacağından çox şey asılıdır. Yəni düzgün tənzimlənməsə, bu, həm üstünlüklər, həm də ciddi risklər yarada bilər”.

İqtisadçı bunun müsbət tərəfləri haqqında da danışıb:

“​Məsələnin ədalətli ödəniş tərəfinə gəlincə, bu sistem faktiki olaraq işçinin işlədiyi vaxta görə maaş almasını təmin edir. Bu, xüsusilə mövsümi işlər, part-time məşğulluq və xidmət sahələri üçün uyğundur”.

Məsələnin riskli tərəfi haqqında danışan Bella Bəşirova deyib ki, saatlar qeyri-sabit olur, gündəlik və aylıq gəlirlər dəyişə bilir:

“​Bu, əmək kapitalının yığımına təsir edir. Nəticədə sosial müdafiə zəifləyir. Belə ki, formal olaraq işçi işləyir, amma iş saatları az göstərilir. Çünki bu, yarımməşğulluq adlanır və dəqiq uçota əsasən aparılmır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru