Röya və Kərimin toy qazancı təəcübləndirdi - MƏBLƏĞ

17-10-2024, 07:04           
Röya və Kərimin toy qazancı təəcübləndirdi - MƏBLƏĞ
Müğənni Kərim Abbasov 15 il əvvəl həmkarı Xalq artisti Röya Ayxanla iştirak etdiyi toyların birində aldıqları külli miqdarda qonorarın məbləğini açıqlayıb.

TEREF olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Kərim bildirib ki, yəhudi məclisində o 28 min “şabaş” yığıb, Röyaya isə 45 min dollar qonorar verilib:

“15 il əvvəl yəhudilərin toy məclisində həmkarım Röya Ayxanla iştirak edirdik. Mərasimi isə həmkarım Xəyyam Nisanov aparırdı. Həmin məclisdən mən dollar və avro qarışıq olaraq 28 min şabaş yığmışdım. Mən və Röya məclisdə mahnılarımızı oxuyandan sonra bizi dairəyə aldılar. Biz ev yiyələri ilə rəqs elədik. Mənə və Röyaya o qədər şabaş verdilər ki, yığıb-yığışdıra bilmirdik. Səhərə kimi pulları saydıq. O şabaşdan Röyaya da, mənə də pay düşdü. Yerdə yığılan şabaşı yəhudi məclisində heç kim yığa bilməz. Kimin üçün onu atıblarsa, ona da gedib çatır. O şabaşı bizə 10-12 dəqiqənin içində verdilər. Röya o məclisə çox qəşəng qonorara - 30 dəqiqəlik çıxış üçün 45 min dollara gəlmişdi”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru