Cizgi filmi 10 günə 500 milyon dollar gəlir gətirdi

9-12-2024, 12:38           
Cizgi filmi 10 günə 500 milyon dollar gəlir gətirdi
"Moana 2" cizgi filminin dünya üzrə gəliri 500 milyon dolları keçib.

Bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, bu məbləğə nail olmaq üçün cizgi filminə həftə yarım vaxt lazım olub. Onun premyerası noyabrın 27-də baş tutub.

Layihənin büdcəsi 150 milyon dollardır. Analitiklər əmindirlər ki, cizgi filmi 2024-cü ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilərək, 1 milyard dollardan çox pul toplayacaq.

"Moana 2" əcdadlarından sirli mesaj alan və ən yaxın dostu ilə yeni səyahətə çıxan döyüşçü Moananın hekayəsini davam etdirir. Yolda qız yeni dostlar qazanır və bədxahlarla tanış olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru