Toyda gəlinin "cəsarətli" geyimi müzakirə yaratdı - VİDEO

2-11-2025, 00:09           
Toyda gəlinin "cəsarətli" geyimi müzakirə yaratdı - VİDEO
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub.

TEREF Milli.az-a istinadla xəbər verir ki, toy mərasimində gəlinin sinə və kürək hissəsindən açıq, dekolteli gəlinlik geyinməsi bir çox izləyicinin diqqətini çəkib.

Bəzi sosial media istifadəçiləri gəlinin geyimini "həddindən artıq cəsarətli" adlandıraraq tənqid ediblər. Onların fikrincə, belə açıq geyim toy üçün uyğun deyil. Digərləri isə gəlinin seçim azadlığını müdafiə edərək, hər kəsin öz zövqünə uyğun geyinmək hüququ olduğunu bildiriblər.

Paylaşılan video qısa zamanda minlərlə baxış toplayıb və müxtəlif rəylərə səbəb olub.

Bununla da, toy mərasimlərində geyimlə bağlı zövq və baxış fərqlərinin cəmiyyətdə hələ də müzakirə mövzusu olduğu bir daha ortaya çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]